Ukraynaya müdafiə təchizatı üçün yeni təkan lazımdır- Zelenski

“Ukraynaya müdafiə təchizatı üçün yeni təkan lazımdır”.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş komandanı Oleksandr Sırski ilə görüşdən sonra xalqa axşam videomüraciətində bildirib.

Zelenski vurğulayıb ki, Ukrayna yeni təkanı dekabrda təmin etməlidir.

“Bu gün Baş komandan Sirskinin məruzəsini dinlədim. Prioritetlər göz qabağındadır. Cəbhədəki prioretetlərimiz Pokrovsk, Kuraxova, həmçinin Kursk əməliyyatıdır. Tərəfdaşların dəstək paketi yüksək qiymətləndirildi. Kifayət qədər vaxtında həyata keçirilib. Elan olunanların həcminin bizim razılaşmalarımıza və ehtiyaclarımıza cavab verməsi vacibdir”, – deyə Zelenski bildirib.

Əvvəlki məqalə

İsrail və Hizbullah atəşkəs təklifini qəbul etdilər –

Sonrakı məqalə

Bu günün valyuta məzənnələri