Ukrayna yeni “Bayraktar” hücum pilotsuz təyyarələri alıb.
Azpost.info xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Aleksey Reznikov bildirib. “Aldığımız yardımların həcmi artır. Yardım edən ölkələrin də sayı artır. Hətta qeyri-mümkün hesab edilənlər də yardıma qoşulur. Artıq yeni “Bayraktar”lar Ukraynaya gəliblər və döyüş növbətçiliyidədirlər”.
Nazirin sözlərinə görə, Avropa Ukraynanın arxa cəbhəsinə çevrilir və kritik müdafiə ehtiyaclarını təmin edir. Reznikov onu da qeyd edib ki, ABŞ müdafiə naziri Lloyd Ostinlə aralarında uzun söhbət olub: “Hətta təcrübəli ABŞ hərbçiləri belə, müdafiəçilərimizin peşəkarlığına və xalqımızın müqavimətinə heyran qalırlar”. Azpost.info