“Sabah – dekabr ayının 12-də ümummilli lider Heydər Əliyevin haqq dünyasına qovuşmasının 16 ili tamam olur. Bu münasibətlə qədirbilən xalqımız xüsusi sevgi və məhəbbətlə öz müdrik liderini yad edir. Bu gün Yeni Azərbaycan Partiyası ilə birlikdə Ulu Öndəri ziyarət etdim və ruhuna dualar oxudum”.
Modern.az xəbər verir ki, bunu Prezidentin sabiq köməkçisi, Administrasiyanın ləğv edilmiş İctimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənov bildirib.
“Ulu öndərin uyuduğu Fəxri Xiyaban yolunda əsl insan seli müşahidə olunurdu, hərə öz münasibətini və ürək sözlərini bir cür izhar edir və başqaları ilə bölüşürdülər”, – Ə.Həsənov əlavə edib.
Əli Həsənov bu il noyabrın 29-da ölkə başçısının sərəncamı ilə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsindən azad edilib. O, vəzifədən çıxarılandan sonrakı ötən müddət ərzində ilk dəfə bu gün YAP-ın ictimai tədbirinə qatılıb.