Ülvi Həsənli COVID xəstəsi olduğu halda polisə gəlib –-DİN

Daxili İşlər Nazirliyi Ülvi Həsənlinin polis bölməsində təzyiqə məruz qalması ilə bağlı məlumatlara münasibət bildirib.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Sumqayıt şəhərində Ülvi Həsənlinin izahat yazmaq üçün getdiyi polis orqanında təzyiqlərə məruz qalması ilə bağlı iddialar əsassızdır, həqiqəti əks etdirmir: “Bu iddiaların yayılması onun barəsində aparılan araşdırmadan yayınmaq məqsədi daşıyır. Ülvi Həsənli aktiv COVİD-19 infeksiyası daşıyıcısı olduğu halda müalicə təyin olunan ünvanı tərk edərək polis orqanına gəlib. Qeyd olunan hallarla bağlı onun barəsində Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsinə əsasən araşdırma başlayıb, digər şikayətləri isə nəzarətə götürülməklə xidməti yoxlama aparılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vilyam Hacıyevin məhkəməsi başlanıb –

Sonrakı məqalə

“Ukrayna Donbasa hucuma hazırlaşır, təhlükə yaranıb” –