“Ümid edirik sülh müqaviləsi tezliklə imzalanacaq” –Ermənistan Təhlükəsizlik Şurasının katibi

“ABŞ  Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında daha bir görüşün keçirilməsinə səylərini davam etdirir”.

Azpost.info bildirir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan televiziyasına müsahibəsində deyib.

Qriqoryan bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin daha bir görüşünün keçirilməsi məsələsi Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla ABŞ-ın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Bono arasında danışıqların əsas mövzusu olub.

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bunu da deyib ki, Ermənistan tərəfi Azərbaycanın sülh müqaviləsinə dair son təkliflərinə cavab verib.

O prosesdə “müsbət dinamikanın” olduğunu vurğulayıb.

Qriqoryan bunu da bildirib ki, tərəflər sərhədin delimitasiyası ilə bağlı daha bir görüşün keçirilməsinə razılaşıblar: “Biz hazırda Azərbaycandan cavab gözləyirik. Biz hazırkı dinamikanı müsbət qiymətləndiririk”.

Qriqoryan ümid etdiyini bildirib ki, iki ölkə arasında sülh müqaviləsi mümkün qədər tez imzalanacaq.

Azpost.info

Əvvəlki məqalə

“Sabina” mağazalar şəbəkəsinin bağlanması xəbəri həqiqətə uyğun deyil

Sonrakı məqalə

Beyləqanda 35 yaşlı qadın doğuşdan sonra ölüb