Ümumdünya Səhiyyə Təşkilatının icraçı direktoru vəfat edib

24 Yanvar 2020 - 14:23

BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) icraçı direktoru Piter Salama vəfat edib.

APA-nın məlumatına görə, bu barədə ÜST-dən bildirilib. P.Salama 51 yaşında qəfildən dünyasını dəyişib. 

ÜST-nin Baş direktoru Tedros Adanom Gebreisus onun vəfatı ilə əlaqədar başsağlığı verib. 

Həkim-epidemioloq P.Salama ÜST-nin səhiyyə sahəsində fövqəladə hallar üzrə icraçı direktoru olub.