“Azərbaycan Hava Yolları” QSC-də (AZAL) yeni təyinat olub.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, Samir Məmmədov AZAL-da Daxili Audit Departamentinin rəhbəri təyin edilib.
S.Məmmədov bu vəzifəsinə qədər, “Unibank”da Daxili Audit Departamentinin rəhbəri vəzifəsində çalışıb.
Bundan başqa o, Expressbank, “AtaHolding” MMC-də müxtəlif vəzifələrdə işləyib, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.