Uqandanın cənub-qərbində yerləşən Kisoro rayonunda baş verən sel və daşqınlar nəticəsində biri uşaq olmaqla azı 9 nəfər ölüb.
Xəbər verilir ki, Sudan Qırmızı Xaç Komitəsinin tviter səhifəsində ölənlərin sayının 9-a çatdığı, bir uşağın axtarışının davam etdiyi diqqətə çatdırılıb. Qurum, həmçinin təbii fəlakətdən zərər çəkmiş 300-ə yaxın ailəyə təcili yardım göstərdiyini bildirib.
Qeyd edək ki, güclü yağışlar evləri, yolları və digər infrastrukturları sıradan çıxarıb.