Üsamə bin Ladenin oğlu əməliyyatı zamanı öldürülüb –ABŞ rəsmən açıqladı 

Ağ Ev şənbə günü Əl-Qaidənin təsisçisi Üsamə bin Ladenin oğlunun ABŞ-ın Əfqanıstan-Pakistan regionunda apardığı terror əlaeyhinə əməliyyat zamanı öldürüldüyünü bildirib.

Ağ Ev yaydığı bəyanatda bildirib ki, “Həmzə bin Ladenin ölümü Əl-Qaidəni təkcə onun mühüm liderlik bacarıqları və atası ilə olan simvolik əlaqəsindən məhrum etmir, həm də qrupun vacib əməliyyatlarına xələl gətirir”.

Ağ ev oğul Bin Ladeni “Əl-Qaidənin planlaşdırma və digər terror qrupları ilə münasibətinə görə məsuliyyət daşıyan yüksək səviyyəli üzvü” olduğunu bildiirb.

Bəzi media təşkilatları daha öncə Həmzə bin Ladenin iki əvvəl öldürüldüyünə dair xəbər yaymışdı, lakin prezident Donald Tramp bu xəbəri yalnız şənbə günü təsdiq edib.

Həmzə bin Ladenin 30 yaşlarında olduğu deyilir.

Onun atası 1996-cı ildə ABŞ-a qarşı müharibə elan edib və 2001-ci ilin 11 sentyabrında Birləşmiş Ştatlara qarşı terror hücumlarının arxasında da o olub. ABŞ Donanmasının üzvləri onu 2011-ci ildə Pakistanın Abbottabad şəhərindəki evinə reyd zamanı öldürüb. (Amerikanın Səsi)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mehriban Əliyeva Şamaxıda kənd məktəbinin açılışında iştirak edib –

Sonrakı məqalə

“İYİRİMİ BİRİNCİ ƏSRİN MÜQAVİLƏSİ” –