“Uşaq pulu” mövzusu ətrafında ictimai kampaniya aparılır”- Zahid Oruc

“İndi “uşaq pulu” mövzusu ətrafında ictimai kampaniya aparılır. “Uşaq pulu” məsələsində optimal qərara gəlmək mümkündür. Lakin ən maraqlısı odur ki, bunu o qüvvələr kampaniya şəklində edirlər”.

“Report” xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc “Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, amma həmin şəxslərin özlərinin bir uşaqla belə şəkilləri yoxdur: “Bu adamlar uşağa elə qayğıdan danışırlar ki, doğrusu heyran qalıram. Gələcək dövrdə sosial problemlərin həlli ilə bağlı qərarların davamı olacaq. Hesab edirəm ki, onların dəyərləndirlməsində birlikdə iştirak etməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan-Ukrayna sənədləri imzalanıb

Sonrakı məqalə

“Gələn ildən sosial xidmətlər səyyar formada olacaq”