Gündüzlər təmiz havada olmaq uşağın görmə qabiliyyətini qorumağa kömək edir.
Azpost.info xəbər verir ki, bu barədə rusiyalı həkim Vladimir Varnavski bildirib.
Onun sözlərinə görə, uşaqlar arasında miopiyanın artmasına qadcetlərdən daimi istifadə təsir göstərir.
“Fakt budur ki, təbii gün işığına məruz qalma tor qişada dopamin istehsalını stimullaşdırır. Dopamin miyopiyanın əsas səbəbi olan göz almasının uzanmasının ləngiməsində mühüm rol oynayır. Hər gün təmiz havaya məruz qalan uşaqlarda bu patologiyanın inkişaf riski əhəmiyyətli dərəcədə aşağı olur”, – həkim deyib.
Varnavski qeyd edib ki, bu tədbirin effekt verməsi üçün gündəlik gəzintilər ən azı bir saat yarımdan iki saata qədər davam etməlidir.
Miopiyanın qarşısını almaq üçün uşağın smartfon, kompüter və televizor ekranı qarşısında keçirdiyi vaxta da nəzarət etmək lazımdır: “Gün işığında təmiz havada gəzinti ilə birlikdə, bu, 18 yaşdan kiçik uşaqlarda, bədənin aktiv böyüməsi başa çatdıqda, miopiyanın inkişaf riskini azaltmağa kömək edəcək”.
Azpost.info