“Uşaqları orta məktəbi bitirən kimi xaricə oxumağa göndərmək olmaz” –

sahlar

Prezident İlham Əliyev Gənclər Forumundakı çıxışında xaricdə təhsil alanları Azərbaycana qayıtmağa çağırıb.

“İndiki şəraitdə isə mənim tövsiyəm odur ki, onlar qayıtsınlar. Çünki indi Azərbaycan ovaxtkı Azərbaycan deyil, Bakı indi dünyanın ən gözəl şəhərlərindən biridir. Azərbaycanda olan infrastruktur bir çox ölkələr üçün nümunə ola bilər. Ölkəmizin mədəni həyatı çox zəngindir və insanlar burada özlərini çox rahat hiss edirlər. Heç bir təhlükə yoxdur – sabitlik, əmin-amanlıq, xoş ab-hava”, – deyə İlham Əliyev bildirib.

Prezidentin bu çağırışı təsadüfi deyil. Müşahidələr göstərir ki, xaricdə təhsil alanlar cüzi istisnalarla Azərbaycana qayıtmayaraq, təhsil aldıqları, yaxud da digər ölkələrdə işləməyə üstünlük verir.

Mövzu ilə bağlı Azpost.info-ya danışan Milli Məclisin keçmiş deputatı, təhsil eksperti, professor Şahlar Əsgərov hesab edir ki, xaricdə təhsil alan gənclərin Azərbaycana qayıtmamasının səbəbi heç də maaş azlığı, yaxud burada onun karyera qurması üçün geniş imkanların olmaması ilə bağlı deyil. “Burada bir incə məqam var. Bu incə məqam mədəniyyət məsələsidir. Yəni, bu gənclər xaricə gedib Qərb mədəniyyətini əxs edir, yadlaşır, ölkəsinə marağı itir. Füzulinin, Sabirin və Azərbaycanın digər mütəfkkirlərinin heykəlini görməyən gənc məsələn, gedir Fransaya orada başqa mütəfəkkirlərin abidələrini görür, başqa mədəniyyət görür və dəyişir”, – deyə Şahlar Əsgərov bildirib.

Ekspert hesab edir ki, bunun qarşısını almaq üçün gənclər xaricdə magistr və doktorluq təhsili almaq üçün göndərilməlidir. “Mən o vaxt haray salmışdım ki, orta məktəbi bitirən kimi uşaqları xaricdə təhsil almağa göndərmək olmaz. Heç olmasa burada bakalavr təhsili alsın, ondan sonra gedib təshilini davam etdirsin. Bu halda artıq o başqalaşa bilməz. Amma kim idi mənim harayıma baxan. Mən bildiyimə görə xaricdə təhsillə bağlı son dövlət proqramında belədir. Yəni, magistr və doktoqluq təhsili almağa göndərilir. Bunu yüksək qiymətləndirirəm”, – Şahlar Əsgərov vurğulayıb.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir