“Üsyanı yatırmaq üçün konkret plan yoxdur” –Xüsusi xidmət zabitindən BBC-yə AÇIQLAMA

“Rusiya xüsusi xidmət orqanlarının Priqojin və onun muzdlularının silahlı üsyanını yatırmaq üçün konkret planı yoxdur”.

Azpost.info bildirir ki, bunu BBC-yə xüsusi xidmətin adını çəkilməsini istəməyən zabiti deyib.

Xüsusi xidmət əməkdaşı “Vaqneritlər”in Rostovda və Voronejdə bütün əsas obyektləri ələ keçirdini təsdiqləyib.

Bundan əvvəl Reuters agentliyi “Wagner PIK” qırıcılarının Voronejə daxil olduğunu bildirmişdi. Eyni zamanda, muzdluların  şəhərə müqavimətsiz daxil olması barədə məlumatlar var.

Nə “Vaqner”in rəhbəri Priqojin, nə də Rusiya hakimiyyəti Voronejdəki hərbi obyektlərin ələ keçirilməsi ilə bağlı hələlik məlumat verməyib.

Azpost.info

Əvvəlki məqalə

Ərdoğan Putinə zəng etdi –

Sonrakı məqalə

Xarici diplomatlar Zabuxda olublar