Utilizasiyaya verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlər veriləcək

Utilizasiyaya verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlər veriləcək.

Bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaiti aşağıdakı istiqamətlər üzrə istifadə edilir:

– yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri utilizasiyaya verilmə barədə təsdiqedici sənəd təhvil verilməklə satın alınan zaman tətbiq edilən güzəşt məbləğlərinin nəqliyyat vasitələrinin satıcılarına geri ödənilməsi;

– operatorun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyalarının icrasının təşkili və təmin edilməsi üçün vəsaitin ödənilməsi.

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Maşınların utilizasiya haqqı, güzəşt və birdəfəlik ödənişin həcmi təsdiqlənib