Azərbaycanda iki gün ard-arda baş verən mina partlayışları dinc sakinlərə zərər vurub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib. “Ermənistanın Azərbaycan ərazilərini minalaması səbəbindən 2020-ci il Vətən müharibəsindən indiyədək 397 nəfər mina qurbanı olub. Yaşayış məntəqələri və qəbiristanlıqları hədəfə alan bu mənfur əməllər beynəlxalq humanitar hüququ pozur və sakinlərin öz evlərinə qayıtmasına mane olur”, - məlumatda vurğulanıb.

AzPost.az