Vədinə əməl etməyən şəhər merini maşına bağlayıb sürüdülər –

Yol çəkməyə söz vermişdi (FOTO VİDEO)
09 Oktyabr 2019 - 10:47

Meksikada maraqlı hadisə baş verib.

Azpost.info bildirir ki, La-Marqaritas şəhərinin meri Eskandonu maşına bağlayaraq mərkəzi küçə ilə sürüyüblər. Səbəbi merin vədinə əməl etməməsi olub. Belə ki, şəhər rəhbəri əhaliyə yeni yol çəkiləcəyi ilə bağlı vəd verib. Amma onu yerinə yetirməyi unudub. Vətəndaşlar mütəmadi olaraq onun bu vədini merə xatırlatsalar da Eskandon buna əhəmiyyət verməyib.

Bundan sonra şəhər sakinləri meri pikapın arxasına bağlayaraq yolla sürüyüblər. “Səyahət” uzun sürməyib. Bir müdət sonra maşını saxlamaq mümkün olub. Şəhər rəhbərinə tibbi yardım göstərilib. Vəziyyət şəhər camaatı ilə polis arasında qarşıdurmaya səbəb olub. 11 nəfər xəsarət alıb, 30 nəfər saxlanılıb.