Vəkil Bürosunun müdiri avtomobillə qadını vuraraq öldürüb –

Sumqayıtda
31 Oktyabr 2019 - 10:51

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Saraydan Masazır istiqamətinə gedən avtomobil yolunda övladını Sumqayıta məktəbə yola salan qadın yolu keçmək istəyərkən “Volkswagen” markalı, 99 NM 092 dövlət nömrə nişanlı avtomobil vurub. İdarəetməni itirən sürücü piyadanı vurduqdan sonra onun üstündən keçib. Təxminən 30-35 yaşlarında olan qadın hadisə yerində ölüb.

Abşeronda qəza törədən sürücünün vəkil olduğu məlum olub.

Hadisənin törədən sürücü F.Nəhmətov Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun müdiridir.

F.Nəhmətov açıqlamasında faktı təsdiqləyib. (APA)