“Vətəndaşlar arxa küçələrdə toplanır, maskadan istifadə etmirlər” –

TƏBİB
25 İyun 2020 - 17:25

“Bəzi vətəndaşlar yenə arxa küçələrdə toplanır, maskadan istfifadə etmirlər”. 

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, bu gün hətta elə ailələr var ki, yaşlılarda test neqativ nəticə verir, amma uşaqlarda testlər müsbət çıxır, uşaqlar ötürücü olurlar: “Bu gün parklar açıqdır. Parklarda da qaydalara riayət etməliyik. Əks halda gözlənilən nəticə əldə olunmayacaq. Qaydaları pozmağa çalışaraq yenə həyətlərdə, parklarda toplanırıqsa, yoluxmaların sayının azalmamasını görə bilərik”.