Vəkil Bürosunun müdiri avtomobillə qadını vuraraq öldürüb –Sumqayıtda

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Saraydan Masazır istiqamətinə gedən avtomobil yolunda övladını Sumqayıta məktəbə yola salan qadın yolu keçmək istəyərkən “Volkswagen” markalı, 99 NM 092 dövlət nömrə nişanlı avtomobil vurub. İdarəetməni itirən sürücü piyadanı vurduqdan sonra onun üstündən keçib. Təxminən 30-35 yaşlarında olan qadın hadisə yerində ölüb.

Abşeronda qəza törədən sürücünün vəkil olduğu məlum olub.

Hadisənin törədən sürücü F.Nəhmətov Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun müdiridir.

F.Nəhmətov açıqlamasında faktı təsdiqləyib. (APA)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mehriban Əliyeva Əbülfəz Elçibəyin evini təmir etdirdi –

Sonrakı məqalə

Bakı Polisi açıqlama yaydı: