Vəkillər Kollegiyası FBE-yə üzv qəbul olunub

Avropa Vəkillər Kollegiyaları Federasiyasının (FBE) Amsterdam şəhərində keçirilən Konqresində Azərbaycan Vəkillər Kollegiyası təşkilata tamhüquqlu üzv kimi qəbul olunub.

20 ölkənin 1 milyondan çox vəkilini birləşdirən FBE təşkilatının 21-ci üzvü və Cənubi Qafqazdan ilk ölkə Azərbaycan olub.

Qeyd edək ki, FBE təşkilatına yalnız Avropanın tam müstəqil vəkil peşə birlikləri qəbul oluna bilərlər.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.