“Vətəndaşlar arxa küçələrdə toplanır, maskadan istifadə etmirlər” –TƏBİB

“Bəzi vətəndaşlar yenə arxa küçələrdə toplanır, maskadan istfifadə etmirlər”. 

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, bu gün hətta elə ailələr var ki, yaşlılarda test neqativ nəticə verir, amma uşaqlarda testlər müsbət çıxır, uşaqlar ötürücü olurlar: “Bu gün parklar açıqdır. Parklarda da qaydalara riayət etməliyik. Əks halda gözlənilən nəticə əldə olunmayacaq. Qaydaları pozmağa çalışaraq yenə həyətlərdə, parklarda toplanırıqsa, yoluxmaların sayının azalmamasını görə bilərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda daha 547 nəfər koronavirusa yoluxub –

Sonrakı məqalə

“Dünyada Pandemiyanın sürəti artır, 24 saatda 180 min yoluxma olub” –