Vətəndaşların Qarabağda ermənilərlə birgəyaşayışa münasibəti öyrənilib –SORGU

Sosial Tədqiqatlar Mərkəzinin 5 dekabr-11 dekabr 2022-ci il tarixində keçirdiyi sosioloji sorğu çərçivəsində Azərbaycan cəmiyyətinin Qarabağda ermənilərlə birgəyaşayış haqqında təsəvvürləri öyrənilib.

“Sizcə, Qarabağda ermənilərlə birgəyaşayış mümkün olacaqmı” sualına verilən cavablarına əsasən, onların 55,9 faizi “heç bir halda”, 37,7 faizi “bəli, yalnız şərtlər daxilində” cavablarını qeyd edib.

“Bəli, hər halda” cavab variantı respondentlərin 4,4 faizi tərəfindən seçilib. Bu suala cavab verməkdə çətinlik çəkənlər 2,0 faiz təşkil edib.
Maraqlıdır ki, sentyabr ayında keçirilən sorğu ilə müqayisədə ermənilərlə Qarabağda birgəyaşayış məsələsinə respondentlərin yanaşmasında müsbət istiqamətdə dəyişiklik müşahidə edilib. Belə ki, sentyabrda keçirilən sorğuda Qarabağda ermənilərlə birgəyaşayışı respondentlərin 68,6 faizi “heç bir halda” mümkün hesab etməmişdi, 27,0 faizi ermənilərlə Qarabağda birgəyaşayışı “bəli, yalnız şərtlər daxilində” mümkün saymaqla müsbət yanaşma sərgiləmişdi.

Qeyd edək ki, sorğuda könüllülük prinsipi əsasında 18 yaşından yuxarı 390 respondent iştirak edib. Sorğular telefonla müsahibə formasında aparılıb və 12 iqtisadi rayonu əhatə edib. Seçmə çərçivəsi beynəlxalq metodologiyaya uyğun və əhali sayına proporsional müəyyən edilib. Sorğunun nəticələri 95 faiz əminlik intervalında olmaqla xəta əmsalı 5 faizə bərabərdir.

Əvvəlki məqalə

“Qərb “taxıl sazişi” ilə bağlı riyakarlığa son qoymalıdır”

Sonrakı məqalə

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirib