Vəzirovun tabutu başında ağlayan qadın kimdir? –FOTO

1988-1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş Əbdürrəhman Vəzirov ötən gün Moskvanın Troyekurovskoye qəbiristanlığında torpağa tapşırılıb. Onunla vida mərasimindən çəkilmiş foto və videolarla bağlı sosial şəbəkələrdə açılan müzakirələr bitmək bilmir.

Bu müzakirələrdə ən çox səsləndirlən “Vəzirov niyə müsəlman dininin tələblərinə uyğun kəfənlənməyib, tabuta üzüaçıq qoyulub…” sualıdır. Maraqlıdır ki, meyit şəriət qaydasının əksinə olaraq tabuta üzüaçıq yerləşdirilsə də, vida mərasimində “Yasin” oxunur. Bu isə Vəzirovun müsəlmanlıqdan çıxdığı barədə iddiaları inkar edir.

Dünənki vida mərasimindən çəkilən şəkillərdə bir dəqqətçəkən məqam da var: Vəzirovun tabutuna doğru əyilən, onun başını sığallayan qadın…

Sosial şəbəkələrdə o qadının kimliyi də müzakirə mövzusu olub. Bilməyənlər hətta onun Vəzirovun xanımı olduğunu iddia edib. Halbuki, mərhumun həyat yoldaşı İrina Vəzirova dünyasını çoxdan dəyişib. Bəs o qadın kim idi?

Vəzirovla vida mərasimindən çəkilən şəkillərdə mərhumun cənazəsi başında ağlayan həmin qadın onun bacısı Bəyaz Vəzirovadır.

İxtisasca musiqi müəllimi olan Bəyaz xanım Rusiyada yaşayan məşhur bakılı Timur Vaynşteynin anası, Asəf Zeynallı adına Musiqi Texnikumunda müəllim işləmiş mərhum bəstəkar Leonid Vaynşteynin (1945-1994)  həyat yoldaşıdır.

Leonid və Timur Vaynşteynlər milliyətcə yəhudi olsalar da, Azərbaycana bağlı insanlar kimi tanınıblar.

Ədürrəhman Vəzirovun yuxarıda adı çəkilən bacısı oğlu Timur Vaynşteyn vaxtilə “Parni iz Baku” Şən və Hazırcavablar Komandasının rəhbəri olub.

Timur Vaynşteyn hazırda Rusiyanın  NTV Telekompaniyasının baş direktorunun müavini və baş prodüseridir.

Qeyd edək ki, Timur Vaynşteyn də dünənki vida mərasimində anasını müşayiət edib. Vəzirovun tabutuna doğru əyilən qadının – anasının arxasında dayanan odur.

Əbdürrəhman Vəzirov ötən gün Moskvanın Troyekurovskoye qəbiristanlığında öz vəsiyyətinə uyğun olaraq mərhum arvadı – milliyyətcə rus İrina Vəzirovanın yanında torpağa tapşırılıb. Onların Eldar adlı bir oğlu var. (Modern.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan neftinin qiyməti 88 dolları ötüb

Sonrakı məqalə

Məşhur rus reperi Qarabağla bağlı dediklərinə görə üzr istədi: