Vahan Xaçaturyan Ermənistanın yeni prezidenti seçilib
Ermənistan parlamenti ikinci turda Yüksək texnologiyalar sənayesi naziri Vahan Xaçaturyanı prezident seçib.
Azpost.info bildirir ki, Ermənistan parlamentinin martın 3-də keçirilən gizli səsvermə başa çatıb. Xaçaturyana hakim partiyanın 71 deputatı səs verib.
O, yeganə namizəd olub. Parlament müxalifəti namizəd irəli sürməkdən imtina edib.
Dünən keçirilən birinci turda seçilə bilməmişdi.
Qanuna görə prezident ümumi deputatların dörddə üç hissəsinin səsini almalıdır. Əgər seçki baş tutmursa o zaman ikinci tur keçirilir. İkinci turda namizəd deputatların beşdə üç hissəsinin səsini almalıdır.
