Vahid Əhmədov: “Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi hələ tezdir”

“Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi hələ tezdir”. 

Bu sözləri “Yeni Sabah”a millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, bu məsələ uzun müddətdir müzakirə olunur.

“Lakin mənim fikrimcə, bu addımı atmaq hələ tezdir. Çünki cənab prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin nəticəsi olaraq vergi və gömrük orqanlarında rüşvətxorluq və korrupsiya halları müəyyən qədər aradan qaldırılıb. Mən sizə əminliklə deyə bilərəm ki, bu gün istər vergi, istərsə də gömrük orqanlarında ciddi rüşvətxorluq halları yoxdur”,- deyə Vahid Əhmədov bildirib.

Deputat əlavə edib ki, vergi və gömrük orqanlarının birləşdirilməsi deyil, hər iki qurumun Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərməsi məsələsinə baxıla bilər.

“Hər iki dövlət qurumu vergi yığan orqandır və onların topladığı vergilər büdcəyə gedir. Büdcəyə nəzarət funksiyasını səlahiyyətli orqan kimi Maliyyə Nazirliyi həyata keçirir. Bir çox ölkələrdə vergi və gömrük orqanları Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Gələcəkdə Azərbaycanda da bu məsələyə baxıla bilər”, – deyə Vahid Əhmədov vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lənkəranda ağır qəza – Avtobus dərəyə aşıb, 22 nəfər yaralanıb 

Sonrakı məqalə

Ermənistan silahlı bölmələri atəşkəsi 23 dəfə pozub –