Vasilkov şəhəri uğrunda döyüşdə Ukrayna ordusu qalib gəlib –
Rusiya qoşunlarının Kiyevdən 25 km aralıqda yerləşən Vasilkov şəhərinə hücumu iflasa uğrayıb. Bütün gecəni davam edən döyüş Ukrayna ordusunun qələbəsi ilə bitib.
Azpost.info TSN-ə istinadən bildirir ki, bu barədə şəhərin meri Natalya Balasinoviç məlumat verib. “Hazırda döyüşlər sona çatmaq üzrədir. Şəhərdə sakitlikdir, dəhşətli gecə sona çatdı”.
Dünən gecədən şəhər raket atəşinə məruz qalıb, şəhərə Rusiya desant çıxarmağa cəhd edib. Bütün gecəni şiddətli döyüşlər aparılıb.
