Vaşinqtonda ABŞ dövlət katibi ilə Ermənistan XİN başçısı arasında görüş keçirilir

Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilir.

AzPost bildirir ki, Rubio görüşlə bağlı qısa açıqlama verib.

Dövlət katibi qeyd edib ki, “TRİPP dəhlizi” ilə bağlı müzakirə aparılacaq.

“Biz bu gün inanılmaz bir nümunə hesab etdiyimiz bu müqavilənin həyata keçirilməsi üzərində işləməyə davam edəcəyik. Bu, Ermənistanı biznesə açır və iqtisadi cəhətdən çiçəklənməsinə imkan verir. Eyni zamanda, o, Ermənistanın suverenliyini heç bir şəkildə pozmayacaq şəkildə hazırlanıb.

Bu, həm də iki ölkə arasında ikitərəfli münasibətlərimizin qurulmasının davamıdır. Bu münasibətlər artıq çox güclüdür və əvvəllər qeyd olunan “TIFA müqaviləsi”nə əlavə olaraq bu müqavilələr sayəsində möhkəmlənməyə davam edir. Biz inanırıq ki, bu, Ermənistan, ABŞ və bütün iştirakçılar üçün faydalı olacaq” -deyə Rubio vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.