Vaşinqtonda radikal qrupun Azərbaycan rəhbərliyinə qarşı təxribatının qarşısı alınıb

Vaşinqtonda bir qrup radikal şəxs təxribat xarakterli hərəkətlərə yol verib.

APA xəbər verir ki, anti-milli radikal qrup təxribat törətməyə cəhd edib, Azərbaycan dövlətinin rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirib, eyni zamanda mühafizə olunan əraziyə daxil olmağa çalışıb.

Hadisə zamanı Prezidentin təhlükəsizlik xidməti ABŞ polisi ilə birlikdə operativ müdaxilə nəticəsində vəziyyəti nəzarət altına alıb, radikaları ərazidən uzaqlaşdırıb və mümkün insidentin qarşısını alıb.

İlkin məlumatlara görə, insident nəticəsində ciddi pozuntu qeydə alınmayıb.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə radikal qrup üzvlərinin açıq şəkildə nalayiq ifadələr işlətdiyi eşidilir. Qeyd olunur ki, görüntülər hadisənin təxribat xarakteri daşıdığını göstərir.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.