Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“VCU” Seçki Müşahidə Koalisiyası hesabatını beynəlxalq təşkilatlara təqdim edib

User 28 Avqust 2024 - 15:59 (Last updated: 21 May 2025 - 20:15)
vcu

“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin müşahidəsi ilə əlaqədar Aralıq hesabatını beynəlxalq təşkilatlara və diplomatik nümayəndəliklərə təqdim edib.

Hesabat, həmçinin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasına təqdim olunub. Aralıq hesabatda seçkiqabağı mühit, namizədlərin irəli sürülməsi, imzatoplama mərhələsi və namizədlərin qeydiyyatı, seçki siyahılarının dəqiqləşdirilməsi, seçkiqabağı təşviqatın ilk həftəsi ilə ilə əlaqədar dəyərləndirməni əks etdirir. Hesabatda, həmçinin qeydə alınmış namizdlərlərin gender və yaş göstəriciləri, vətəndaş cəmiyyətinin, bələdiyyələri təmsil edən namizədlər haqqında ətraflı analiz verilib. Hesabatda Koalisiyanın tövsiyyələri də əks olunub.
Koalisiya, həmçinin səsvermə günündən sonra ilkin və daha sonra yekun hesabatla çıxış edəcək.
Aralıq Hesabatı aşağıdakı linklər vasitəsilə Azərbaycan və İngilis dillərində yükləyə bilərsiniz.
https://drive.google.com/…/14eghfuWBEunvCE3tMd0…/view…
https://drive.google.com/…/1HUwcNkGHFJuTn7wkqHf…/view…

Qeyd edək ki, Koalisiya işğaldan azad olunmuş ərazilər və Naxçıvan MR-də daxil olmaqla ölkə üzrə 75 seçki dairəsində 500 nəfər müşahidəçi ilə müşahidə aparacaq. Müşahidəçilərin əksəriyyəti QHT üzvləri, fəalları və könüllüləridir. Koalisiya aralıq və yekun hesabat hazırlayacaq, hesabatlar ingilis dilində beynəlxalq auditoriya üçün də əlçatan olacaq.

“Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyası sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin müşahidəsini həyata keçirəcək. Koalisiya “Bələdiyyələrin fəaliyyətinin təbliği” İB, Hüquqi Təhlil və Araşdırmalar İB, “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB tərəfindən yaradılıb. “Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyasının məqsədi seçki prosesində şəffaflığın, hesabatlılığın, inklyuzivliyin təmin edilməsi, namizədlərin qeydiyyatı, təşviqat kampaniyasının aparılması, səsvermə günü səslərin hesablanması və şikayətlərə baxılması, seçki administrasiyasının fəaliyyəti, seçki mühiti və beynəlxalq standartlar və qabaqcıl təcrübənin nəzərə alınması məsələləri ilə əlaqədar bütün maraqlı tərəfləri müstəqil, obektiv qiymətləndirmə ilə təmin etməkdir.

Post navigation

Previous: “Telegram”ın təsisçisi Pavel Durovun qardaşı da Fransada axtarışa verilib
Next: “Qarabağ” davasını körükləyən Zori Balayan hardadır? –

Oxşar xəbərlər

həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05

xƏBƏR

ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak...
Read more about Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib
Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.