Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“VCU” Seçki Müşahidə Koalisiyası müşahidəçilər üçün təlimlərə başlayıb

User 21 Avqust 2024 - 14:02 (Last updated: 21 May 2025 - 20:15)
vcu01
Təlimi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda parlament seçkilərini izləyəcək Müşahidə missiyasınin nümayəndəsi izləyib.
“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası 1 sentyabr parlament seçkilərində səsvermə günü müşahidə aparacaq müşahidəçilərlə təlimlərə başlayıb. 20 avqust tarixində start verilən təlimlər 30 avqusta qədər davam edəcək. Təlimlər 30 nəfərlik qruplarla onlayn formatda keçirilir.
Koalisiyanın həmtəsisçisi “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri Zaur İbrahimli təlim iştirakçılarını seçkilərin müşahidəsi ilə əlaqədar görülmuş işlər və atılacaq addımlar, təşkilatı məsələlər haqqında məlumatlandırıb.
Koalisiyanın digər həmtəsisçisi Hüquqi Təhlil və Araşdırmalar İB sədri Ramil İskəndərli müşahidəçilərin hüquq və vəzifələri, seçki qanunvericiliyinin pozulmasına görə məsuliyyət, qanunvericilikdə təsbit olunmuş digər məsələlərlə bağlı təlim keçib. Suallar cavablandırılıb, təkliflər qeydə alınıb.
Təlimdə, həmçinin müşahidə aparacaq nüfuzlu QHT rəhbərləri və nümayəndələri iştirak ediblər.
Təlimi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda parlament seçkilərini izləyəcək Müşahidə missiyasınin nümayəndəsi izləyib.
Qeyd edək ki, “Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyası sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin müşahidəsini həyata keçirəcək. Koalisiya “Bələdiyyələrin fəaliyyətinin təbliği” İB, Hüquqi Təhlil və Araşdırmalar İB, “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB tərəfindən yaradılıb. “Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyasının məqsədi seçki prosesində şəffaflığın, hesabatlılığın, inklyuzivliyin təmin edilməsi, namizədlərin qeydiyyatı, təşviqat kampaniyasının aparılması, səsvermə günü səslərin hesablanması və şikayətlərə baxılması, seçki administrasiyasının fəaliyyəti, seçki mühiti və beynəlxalq standartlar və qabaqcıl təcrübənin nəzərə alınması məsələləri ilə əlaqədar bütün maraqlı tərəfləri müstəqil, obektiv qiymətləndirmə ilə təmin etməkdir.
Koalisiya seçki marafonunda iştirak edən siyasi partiyalar və namizədləri, həmçinin monitorinq və müşahidə fəaliyyətini həyata keçirilən yerli və beynəlxalq təşkilatları, media subyektlərini əməkdaşlığa dəvət edir.
Seçki prosesi ilə əlaqədar müraciətlər, təkliflər, şikayətlər vcukoalisiya@gmail.com elektron poçt ünvanı vasitəsilə qəbul edilir.
Əlavə məlumat almaq üçün əlaqə vasitələri:
Zaur İbrahimli
E-mail: vcukoalisiya@gmail.com
Tel: (012) 5954915
Votsap: (+99450) 3164694

Post navigation

Previous: “İkinci əl”dən hansı işlənmiş avtomobilləri almaq olmaz? –
Next: Azərbaycan Ermənistanı COP29-a dəvət edib

Oxşar xəbərlər

dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42

xƏBƏR

dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
Yasamal rayonunda yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı...
Read more about Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub
Prezident İlham Əliyev Türkiyəyə getməyəcək ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir? menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.