Verilmiş kreditlərin 70 faizi iri və orta biznesin payına düşür

Azərbaycan Mərkəzi Bankı biznes kreditləri portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsü barədə məlumatları açıqlayıb. 

Mərkəzi Bank xəbər verir ki, 31 iyul 2024-cü il tarixinə olan məlumata görə, banklar tərəfindən verilmiş 13 milyard 910,1 milyon manatlıq cəmi biznes kreditlərinin 7 milyard 886,1 milyon manatı və ya 56,7%-i iri sahibkarlıq subyektərinə verilib.

Cəmi biznes kreditləri portfelinin 9 milyard 621,8 milyon manatı və ya 69,2%-i iri və orta sahibkarlıq subyektlərinin, o cümlədən 1 milyard 735,7 milyon manatı və ya 12,5%-i orta sahibkarlıq subyektlərinin payına düşür.

Həmçinin biznes kreditləri portfelinin 1 milyard 515,9 milyon manatı və ya 10,9%-i kiçik sahibkarlıq subyektlərinin, 2 milyard 772,4 milyon manatı və ya 19,9%-i mikro sahibkarlıq subyektlərinin payına düşüb.

Əvvəlki məqalə

Çin şirkətləri süni intellektə xərclərini 2 dəfə artırıb

Sonrakı məqalə

Milyarder öz iti üçün “Gallenvagen” alıb –