“Vətəndaşın hər hansı pozuntuya görə odədiyi cərimə mərkəzi büdcəyə yox, həmin vətəndaşın yaşadığı bələdiyyənin büdcəsinə ödənilsin”.
AzPost bildirir ki, bu təkliflə REAL Partiyasının sabiq sədri İlqar Məmmədov çıxış edib.
Onun sözlərinə görə, pozuntunun törədilməsi yerindən asılı olmayaraq. Məsələn, Kürdəmir sakini Bakıda yol hərəkəti qaydasını pozubsa, onun ödədiyi cərimə Kürdəmir bələdiyyəsinin büdcəsinə getsin. Digər misal, vətəndaş Şamaxıda qeydiyyatdadırsa, itirdiyi pasporta görə cərimə Şamaxı bələdiyyəsinin büdcəsinə çatsın.
“Mərkəzi hökumət özünü pozuntulara möhtac hiss etməməlidir. O, özünün gəlir siyasətini qurarkən hər kəsin qanun və qaydalara riayət edəcəyini rəhbər tutmalı, pozuntudan irəli gələn gəlirlər isə bələdiyyələrin təsadüfi qəniməti olsa yaxşıdır”.