AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılov vəfat edib. Bu barədə Mətbuat Şurasının əməkdaşı, jurnalist İlqar Tağıyev məlumat verib. Qeyd edək ki, Çingiz İsmayılov martın 18-i səhhətində yaranmış problemlərlə əlaqədar olaraq, xəstəxanaya yerləşdirilib. Xatırladaq ki, Çingiz İsmayılov 1935-ci ildə Bakıda anadan olub. 1955–1962-ci illərdə "Neftçi" komandasında, müxtəlif illərdə Bakının və Gəncənin "Dinamo", həmçinin "Neft daşları" komandasında oynayıb.