“Veysəloğlu” Şirkətlər Qrupu vergi ödəyiciləri arasında lider mövqeyə sahib oldu

Veysəloğlu Şirkətlər Qrupu ərzaq sektorun vergi ödəyiciləri arasında lider mövqeyə sahib oldu

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 2024-cü il üçün ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb. Adları açıqlanan şirkətlər arasında Veysəloğlu Şirkətlər Qrupuna aid olan biznes subyektləri “Araz Supermarketlər Şəbəkəsi”, “Oba Marketlər Şəbəkəsi” və “Veysəloğlu MMC” yer alır.

Bu barədə AzPost-a şirkətdən bildirilib.

Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan bu şirkətlərin dövlətə ödədiyi vergi məbləğinin ümumi həcmi 75,7 milyon manat təşkil edir. Siyahıdan göründüyü kimi, “Araz Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti 36,7 milyon manat, “Oba Market” Məhdud Məsuliyyətli Cəmiyyəti 23,5 milyon manat, “Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyət isə 15,5 milyon manat vergi ödəyib.

Dövlət Vergi Xidməti tərəfindən açıqlanan 100 vergi ödəyicisinin təhlili həm də göstərir ki, “Araz Supermarket” və “Oba Market” pərakəndə sektoruna aid olan vergi ödəyicilərinin arasında müvafiq olaraq birinci və ikinci yerləri bölüşür. Ümumilikdə ərzaq sektoruna aid olan vergi ödəyən şirkətlər arasında isə şirkət birinci yerdə qərarlaşıb.

Açıqlanan rəqəmlər deməyə əsas verir ki, şirkət yerli istehlakçılara dəstək verən və əhəmiyyətli sayda iş yerləri yaradan şirkət olmaqla yanaşı, həm də iri vergi ödəyicisi qismində ölkə iqtisadiyyatına lazımi töhfəni vermiş olur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.