VHP sədrinin müavini Arif İsmayılbəyli koronavirusa yoluxub –

Vəziyyəti ağırdır
08 Aprel 2021 - 10:32

Vətəndaş Həmrəyliyi Partiyasının(VHP) sədrin müavini Arif İsmayılbəyli koronavirusa yoluxub.

Hazırda Arif İsmayılbəyli reanimasiyadadır və aparata qoşulub. A. İsmayılbəylinin həyat yoldaşı Mərziyyə İsmayılbəyli isə COVID-19-dan bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasında şöbə müdiri Səməndər Çaxmaqlı da koronavirusa yoluxub, o da reanimasiyada aparata qoşulub.