Vitali Kliçkoya qarşı cinayət işi açılıb- Nədə ittiham olunur?

Ukrayna Milli Antikorrupsiya Bürosu boks üzrə ukraynalı keçmiş dünya çempionu və Kiyevin eks-meri Vitali Kliçkoya qarşı cinayət işi qaldırıb.

“Report”un “RBK Ukraina”ya istinadən verdiyi məlumata görə, Kliçko hakimiyyətdən sui-istifadədə şübhəli bilinir. 48 yaşlı sabiq idmançı Şulyavsk yol ötürücüsünə ayrılmış vəsaitin yoxa çıxmasında günahlandırılır.

Qeyd edək ki, Vitali Kliçko karyerasını 2012-ci ilin sentyabrında başa vurub. O, 5 iyun 2014-cü ildən Kiyev meri idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şadlıq sarayında bıçaqlanma

Sonrakı məqalə

“Rəcəb Tayyib Ərdoğanla yaxşı əlaqəmiz var”