“Vitamin bombası” sayılan payız meyvəsi vəFAYDALARI

Xurmanı payızın “vitamin bombası” adlandırmaq olar, çünki o, müxtəlif vitaminlər və faydalı mikroelementlərlə zəngindir.

Azpost.info xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Yekaterina Kaşux deyib.

Onun sözlərinə görə, bu meyvənin tərkibində kalium, maqnezium, C, P və B vitaminləri var.

Xurmanın tərkibində çoxlu antioksidantlar – bədən hüceyrələrini sərbəst radikallardan qoruyan bioloji aktiv maddələr var. Onların arasında A vitamini və karotinlər var ki, onlar da görmə qabiliyyətini qorumağa kömək edir”, – qastroenteroloq bildirib.

Həkim qeyd edib ki, xurma immun sistemini gücləndirir, ürək-damar sisteminə faydalı təsir göstərir və infeksiyalara qarşı müqaviməti artırır. Tərkibində həzmi normallaşdırmağa kömək edən lif də var.

“Təzə xurma yemək daha yaxşıdır, çünki onun kalorisi qurudulmuşlardan daha azdır”, – Kaşux əlavə edib.

Azpost.info

 

Əvvəlki məqalə

“Müharibələr və sanksiyalar ölkələr arasında ziddiyyətləri həll etmir”

Sonrakı məqalə

Azərbaycan dili üzrə sertifikasiya imtahanı COP29-dan sonra keçiriləcək