Sentyabrın 23-də Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib.
Azpost.info bildirir ki, ilk iclasda parlamentin rəhbərliyi bəlli olub.
Milli Məclisə mandat almış müxalifət partiyalarından olan deputatlar müxtəlif vəzifələrə seçiliblər.
Belə ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Rafael Hüseynov Milli Məclis sədrinin müavini olub.
“Böyük Quruluş” Partiyasının sədri Fazil Mustafa parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri seçilib.
ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Azərbaycan Milli İstiqlal Partiyasının sədri (AMİP) Arzuxan Əlizadə İnsan hüquqları komitəsinin, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Aqrar siyasət komitəsinin, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Əmək və sosial siyasət komitəsinin sədr müavinləri seçiliblər.
Azpost.info