“ABŞ-ın xarici nümayəndəlikləri ən qısa zamanda sadə viza xidmətləri göstərilməsini bərpa edəcək. Lakin dəqiq tarixi hələ bilinmir”.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin viza verilməsinin bərpa olunması ilə bağlı yaydığı bəyanatında deyilir: “COVID-19 pandemiyası ilə əlaqədar dünyada yaranan ciddi problemlərə cavab olaraq, Dövlət Departamenti ABŞ-ın bütün səfirlik və konsulluqlarında sadə viza xidmətlərini müvəqqəti olaraq dayandırıb. Resurslar icazə verən kimi, səfirliklər və konsulluqlar missiya üçün təcili və vacib viza xidmətləri göstərməyə davam edəcəklər”, – səfirlikdən qeyd ediblər.