“Viza xidməti dayandırılıb, bərpa tarixi məlum deyil” –ABŞ səfirliyi açıqlama yaydı

“ABŞ-ın xarici nümayəndəlikləri ən qısa zamanda sadə viza xidmətləri göstərilməsini bərpa edəcək. Lakin dəqiq tarixi hələ bilinmir”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin viza verilməsinin bərpa olunması ilə bağlı yaydığı bəyanatında deyilir: “COVID-19 pandemiyası ilə əlaqədar dünyada yaranan ciddi problemlərə cavab olaraq, Dövlət Departamenti ABŞ-ın bütün səfirlik və konsulluqlarında sadə viza xidmətlərini müvəqqəti olaraq dayandırıb. Resurslar icazə verən kimi, səfirliklər və konsulluqlar missiya üçün təcili və vacib viza xidmətləri göstərməyə davam edəcəklər”, – səfirlikdən qeyd ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə indiyədək 328 385 koronavirus testi aparılıb

Sonrakı məqalə

“İslahatlar keçirilməsə, heç kim pulunu Azərbaycana gətirməyəcək”-