Vladivostokda məşhur bakılıya heykəl qoyuldu

- FOTO
07 Noyabr 2019 - 13:56

Rusiyanın Vladivostok şəhərində sovet kəşfiyyatçısı, bakılı Rixard Zorgenin heykəli ucaldılıb.

Trend-in məlumatına görə, açılış mərasimi “Vladivostokun 100 illiyi” prospektində əfsanəvi kəşfiyyatçının adını daşıyan parkda baş tutub.

Qeyd olunub ki, həmin bölgədə R.Zorge öz əməkdaşları ilə birgə Yaponiyadan kəşfiyyat məlumatları əldə edib.

Heykəlin təməl daşı 2012-ci il noyabrın 7-də qoyulmuşdu.