Volodin İrana səfərə gedəcək- Rəisi ilə görüşəcək

Rusiya Dumasının sədri Vyaçeslav Volodin yanvarda İrana səfər etməyi planlaşdırır.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı mənbəyə istinadən yazıb.

Mənbə bildirib ki, Volodin İranda prezident İbrahim Rəisi ilə görüşəcək. Rəisi ilə Volodin arasında mümkün danışıqların mövzusu hələlik bəlli deyil.

Məlumata görə, Dumada “Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyev bu görüşü hazırlamaq üçün İranda səfərdə olub. Orada o, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşüb. Tərəflər Yaxın Şərq regionundakı vəziyyəti, eləcə də parlament səviyyəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Azpost.info

Əvvəlki məqalə

“Bu, seçki yox, iclas idi…”

Sonrakı məqalə

Fərhad Bədəlbəyli “Şərəf” ordeni ilə təltif edilib