Vüqar Səfərli bəraət və əmlakını istəyir –VƏKİL

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Bu barədə APA-ya onun vəkili Hikmət Əliyev məlumat verib. Şikayət Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

V. Səfərli ikinci instansiya məhkəməsindən barəsində bəraət hökmünün çıxarılmasını və əmlakları üzərinə qoyulan həbsin götürülməsini istəyib.

Vəkil qeyd edib ki, üzərinə həbs qoyulmuş əmlaklar Vüqar Səfərlinin KİVDF-də işlədiyi dövrdə əldə edilməyib. Cinayət işi üzrə eyni ittihamla təqsirli bilinərək 6 il azadlıqdan məhrum edilmiş Nadir Məmmədov da hökmdən apellyasiya şikayəti verib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qəbul etdiyi hökmə əsasən Vüqar Səfərli 10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmü ilə Vüqar Səfərlinin Bakının Xətai rayonunda, İsmayıllı rayonunda yerləşən evləri və digər əmlakları üzərinə, həmçinin bank hesablarına həbs qoyulub.

Cinayət işi üzrə digər təqsirləndirilənlər-Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti seçilməklə şərti cəza verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

18 ay əvvəl itkin düşən Məhəmmədin sümükləri tapıldı – FOTO

Sonrakı məqalə

ORTA ASİYANI BÜRÜYƏN FIRTINA –