Vurğun Əyyub komaya düşüb – Vəziyyəti pisləşib

1992-93-cü illərdə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri olmuş Vurğun Əyyub komaya düşüb.

BakuPost-un əldə etdiyi məlumata görə, Vurğun Əyyubun vəziyyəti bu gün ağırlaşıb. Hazırda evində həkim nəzarətində olan Vurğun Əyyub uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Vurğun Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 1992-1993-cü illərdə Vurğun Əyyub Tələbə Qəbulu üzrə Dövlət Komissiyası TQDK-ya rəhbərlik edib. 15 noyabr 1992-ci ildə Test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. Bu islahatı 100% ədalətli təşkil etməklə Vurğun Əyyub AXC-Müsavat hökumətinin ən böyük tarixi ugurlarından birini 1992-ci ildə gerçəkləşdirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ dövlət katibindən mühüm açıqlama:

Sonrakı məqalə

Fuad Muradov Əlibəy Hüseynzadənin 100 yaşlı qızını ziyarət etdi –