“Xəstəxanaya yerləşdirilən tələbələrin gün ərzində evə buraxılması gözlənilir”

- Səhiyyə Nazirliyi
03 Dekabr 2019 - 13:34

Qazax Diaqnostika Mərkəzinə 7 nəfər gətirilib.

Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onların 2-də ürəkbulanma var, qalan tələbələrin vəziyyəti yaxşıdır. Tələbələrin gün ərzində evə buraxılması gözlənilir.

İlkin ehtimala görə, tələbələr sobanın yanması nəticəsində yaranan tüstüdən özlərini pis hiss eləyiblər.