Xəzər dənizində zəlzələ olub

05.12.2021 · 21:32 · Sosial

Dekabrın 5-də Xəzər dənizində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 19:25-də qeydə alınıb.

Ocağı 15 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3.2-ə bərabər olub.