Xəzərdə 3,2 bal gücündə zəlzələ olub
Bu gün Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 14:29-da qeydə alınıb.
İlkin məlumata görə, zəlzələnin ocağı 9 kilometr dərinlikdə yerləşib.
