Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Xəzərdəki faciədən sonra Qazaxıstanın yeni müdafiə naziri təyin olunub

User 27 Sentyabr 2026 - 15:24 (Last updated: 27 Sentyabr 2026 - 15:24)
qazax mudaf

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aydoş Sakenoviç Mırzaxmetovu ölkənin müdafiə naziri təyin edib.

Müvafiq sərəncam dövlət başçısının mətbuat xidməti tərəfindən yayımlanıb. Sənəddə qeyd olunur ki, Aydoş Mırzaxmetov Qazaxıstan Respublikasının müdafiə naziri təyin edilib və əvvəl tutduğu vəzifədən azad olunub.

Bundan əvvəl Tokayev müdafiə naziri general-leytenant Dauren Kosanovu vəzifəsindən azad edib.

Təyinat Xəzərdəki faciədən bir neçə gün sonra baş verdi

Müdafiə Nazirliyindəki dəyişiklik Qazaxıstanın Manqistau vilayətində hərbi-dəniz təlimləri zamanı baş verən faciədən qısa müddət sonra həyata keçirilib.

Sentyabrın 24-də Xəzər dənizinin sahilində hərbi qulluqçuların iştirakı ilə təlim keçirilərkən hava şəraiti kəskin pisləşib və küləyin güclənməsi nəticəsində hərbçilər dənizə aparılıb.

İlkin məlumatda 19 hərbçinin dənizə düşdüyü bildirilmişdi. Sonradan Manqistau vilayəti hakimiyyəti məlumatı dəqiqləşdirərək 17 hərbçinin dənizə aparıldığını açıqlayıb. Sonrakı məlumatlara görə, 14 hərbçi həlak olub, üç nəfər isə xilas edilib.

Hadisə ilə bağlı hökumət komissiyası yaradılıb. Qazaxıstan Baş Prokurorluğu da hərbçilərin ölümü ilə bağlı istintaq başladıldığını açıqlayıb.

Prezident Tokayev sentyabrın 25-ni Qazaxıstanda ümummilli matəm günü elan edib.

Qeyd edək ki, hadisədən sonra müdafiə naziri Dauren Kosanov faciə ilə bağlı çıxışında hərbçilərin ailələrinə başsağlığı verib və hadisənin bütün səbəb və şəraitinin araşdırılacağını bildirib.

AzPost.az

Post navigation

Previous: Türkiyə S-400-lərlə bağlı qərarını açıqlamadı
Next: Ərdoğandan Anım Günü paylaşımı –

Oxşar xəbərlər

rus ukr danisiq abu dabi
  • Dünya

Rusiya və Ukrayna Əbu-Dabidə nələri müzakirə edirb?

User 11 Noyabr 2026 - 16:54
rus ukr danisiq abu dabi
  • Dünya

Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar başa çatdı

User 11 Noyabr 2026 - 14:39
rus ukr danisiq abu dabi
  • Dünya

Əbu-Dabidə Ukrayna üzrə danışıqların ikinci mərhələsi başladı – Masada hansı məsələlər var?

User 11 Noyabr 2026 - 12:53

xƏBƏR

rus ukr danisiq abu dabi
  • Dünya

Rusiya və Ukrayna Əbu-Dabidə nələri müzakirə edirb?

User 11 Noyabr 2026 - 16:54
Avropa təhlükəsizlik sistemi mövzusu Əbu-Dabidə danışıqların əsas mövzusuna çevrilib. Bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib. O,...
Read more about Rusiya və Ukrayna Əbu-Dabidə nələri müzakirə edirb?
Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı fermer01
  • İqtisadiyyat

Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı

User 11 Noyabr 2026 - 15:30
Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44
Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar başa çatdı rus ukr danisiq abu dabi
  • Dünya

Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar başa çatdı

User 11 Noyabr 2026 - 14:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.