Xabi Alonso istefa verib-"Real Madrid"ə yeni baş məşqçisi təyin olunub

“Real Madrid”in heyətində ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, baş məşqçi Xabi Alonso komandanı tərk edib.

Bu barədə “kral klubu”nun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 44 yaşlı ispaniyalı mütəxəsssislə müqaviləyə xitam verilib.

Xatırladaq ki, “Real Madrid” ötən gün İspaniya Superkubokunun finalında “Barselona”ya 2:3 hesabı ilə məğlub olmuşdu.

Qeyd edək ki, Xabi Alonso mövsümün əvvəlindən “Real Madrid”ə rəhbərlik edirdi.

Yeni baş məşqçi klubun sabiq futbolçusu Alvaro Arbeloa təyin olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.