Xaçmazda elektrik enerjisinin verilişində yaranan məhdudiyyət aradan qaldırılıb

Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsi səbəbindən elektrik enerjisinin verilişində yaranan məhdudiyyət aradan qaldırılıb.

Yanvarın 4-ü gecə saatlarında “Ford” markalı yük avtomobilinin kommunikasiya dirəklərinə çırpılması nəticəsində Xaçmaz şəhərinin böyük bir hissəsində işıqlar sönmüşdü.

Müvafiq dövlət qurumlarının nümayəndələri gecə saatlarında əraziyə cəlb olunub və qəzanın nəticələri aradan qaldırılıb. Elektrik enerjisi və internetin verilişi bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

Avtomobil qəzası nəticəsində Xaçmaz işıqsız və internetsiz qalıb

Sonrakı məqalə

Yaponiyada zəlzələdə ölənlərin sayı 92-yə çatıb